Ukrayna BMT-dən kömək istədi – Müraciət

13 Mart 2014 12:16 (UTC+04:00)
Ukrayna Ali Radası Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət qəbul edib.

AzNews.az-ın məlumatına görə, Ukrayna parlamenti müraciətində Krımda baş verənlərin BMT-nin xüsusi sessiyasında baxılmasını xahiş edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyünün tanınması və Krımda keçirilən referendumu pisləyən qətnamənin qəbuluna da hazırlıq gedir.

Həmçinin, bu gün BMT Təhlükəsizlik Şurasının növbəti iclası Ukrayna hadisələrinə həsr ediləcək. İclasda ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Arsen Yasenyuk çıxış edəcək.

AzNews.az