Təbii qazla təmin olunan abonentlərin sayı- 1 milyon 677 min

13 Mart 2014 13:43 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2014-cü il martın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 676 885-ə çatıb.

İstehsalat Birliyindən verilən məlumata görə, onların 1 656 397-si əhali, 20488-i isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 711 487-si Bakı şəhəri (701 115 əhali, 10 372 qeyri-əhali abonenti), 965 398-i isə regionların (955 282 əhali, 10 116 qeyri-əhali abonenti) payına düşür.

Təkcə 2014-cü ilin fevral ayı ərzində əhali sektoru üzrə 13 698 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 902-si Bakı, Abşeron və Sumqayıt, 8 796-sı isə regionlar üzrədir.

AzNews.az