Ayı fotoqrafı parçaladı

27 Avqust 2012 12:33 (UTC+04:00)
ABŞ-ın Alyaska əyalətindəki "Denalı" milli parkında ayı 49 yaşlı Riçard Vhiteni parçalayıb. Vhiten boz ayının şəkilini çəkmək istəyən zaman hücuma məruz qalıb.

Fotoqraf ayını 50 metr yaxınlıqdan çəkmək istəyib və ayı onu parçalayıb. Park işçiləri belə hadisənin ilk dəfə baş verdiyini bildirib. Ayı polislər tərəfindən öldürülüb.

Səadət Abbaslı
AzNews.az