Fətullah Gülən şiələrə dinsiz dedi - Video

13 Mart 2014 22:43 (UTC+04:00)
Srağagün Türkiyədə Gəzi hadisələri zamanı xəsarət alan şiə gənc Berkin Əlvanın ölümü ilə əlaqədar yayımlanan başsağlığında "şiə qardaşlarım" deyən Gülənin 1992-ci ildə verdiyi reportajda şiələr haqqında tamam başqa fikirdə olduğu üzə çıxıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülən verdiyi müsahibədə açıq-aşkar yer adları çəkərək şiələrin dinsiz olduğunu bildirib. Gülənin dünən və bu gün söylədikləri arasında olan ziddiyyəti bütün çılpaqlığı ilə ortaya qoyan danışıqlarını daha da maraqlı edən cəhət isə onun vəkillərinin bu nitqə montaj deyərək etiraz etməsi olub.
Videonu təqdim edirik:

)


AzNews.az