“Moskva“ univermağındakı yanğınla bağlı RƏSMİ məlumat

14 Mart 2014 08:46 (UTC+04:00)
Bu gün səhər saatlarında "Moskva" univermağında başlayan yanğına səbəb eskalator olub.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb.

İlkin məlumata əsasən, 1 ədəd eskalatorun yanar hissələri yanıb.

AzNews.az