Prezidentin qızları ərəb şahzadəsi ilə bir arada - Foto + Video

14 Mart 2014 10:52 (UTC+04:00)
Ərəb şahzadəsi gecə ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb

Dünən Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində baş tutan təqdimat mərasiminə dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslər dəvət alıb. "Qafqazinfo" xəbər verir ki, dəvətlilər arasında rusiyalı teleaparıcı Kseniya Sobçak, italiyalı model Bianka Balti, Səudiyyə Ərəbistan şahzadəsi Ameerah Al-Taweel, dəb məsləhətçisi Miroslava Duma və başqaları olub.

Ülviyyə Mahmudovanın yeni istifadəyə verilən "buro247.az" saytının təqdimat gecəsinə prezident İlham Əliyevin qızları Leyla və Arzu da qatılıb.

Ərəb şahzadəsi Azərbaycanla bağlı təssüratlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:

"Bakı, Azərbaycan...odlar yurdu! Möhtəşəm işıqlar və inkişaf edən iqtisadiyyat.

Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi. Buro247.az təbrik edirəm və hər şeyin ən yaxşısını arzulayıram".





AzNews.az