Bakıya satış məqsədi ilə gətirilmiş at əti aşkarlandı
14 Mart 2014 12:29 (UTC+04:00)
Biləsuvar rayon sakininin avtomobilindən Bakıya satış məqsədi ilə gətirdiyi at əti götürülüb.
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən at əti aşkar edilərək götürülüb.
Polislər Biləsuvar rayon sakini Damət Suleymanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobildə Bakıya satış məqsədi ilə gətirdiyi 242 kiloqram at ətini aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az