Səlim Müslümov: “Kadr islahatları davam edəcək“

14 Mart 2014 13:38 (UTC+04:00)
"Rəhbərlik etdiyim qurumda kadr islahatları bundan sonra da davam edəcək".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, hazırda nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə bütün müsabiqələrdən keçmiş Səbinə Cəfərovanı təyin edəcəklər:

"Bəllidir ki, bütün müasir standartlara cavab verən, islahatlara uyğun gələn şəxslər müvafiq vəzifələr tutacaqlar. Cənab Prezidentin verdiyi tapşırıqlar həyata keçiriləcək".

AzNews.az