Zəlimxan Yaqub Almaniyaya gedir

14 Mart 2014 17:02 (UTC+04:00)

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub səhhətindən danışıb.

AzNews.az-a açıqlama verən Zəlimxan Yaqub deyib ki, Novruz bayramından sonra növbəti dəfə Almaniyaya getməlidir.

Hazırda özünü yaxşı hiss etdiyini deyən xalq şairi bildirib ki, Almaniyaya getməsi səhhətinin nəzarətdə saxlanılması məqsədi daşıyır:

"Almaniyada tibbi müayinə aparatından keçməliyəm. Bunun üçün isə əvvəlcədən növbə tutmaq lazım gəlir. Yaxın iki həftədən sonra növbəm çatacaq. Bu səbəbdən də yenidən Almaniyaya getməliyəm".

Qeyd edək ki, Zəlimxan Yaqub böyrək çatışmamazlığından əziyyət çəkir.

Bahar Rüstəmli
AzNews.az