Masallıda partlayış: 4 nəfər yaralandı

15 Mart 2014 08:02 (UTC+04:00)
Masallıda partlayış olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 80 kv.m olan 2 otaqlı köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində köməkçi tikilidə yaşayan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən aparılıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az