Piyadanı maşın vurdu

15 Mart 2014 22:32 (UTC+04:00)
Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə hadisə bu gün saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Tasmalı kəndi yaxınlığında baş verib.

Məlumata görə, 10 ZR 558 dövlət nömrə nişanlı Tayota Prado markalı maşın Qaxdan Zaqatala rayonu istiqamətinə hərəkətdə olarkən şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşında qadını vurub.

"Prado"nun sürücüsü xəsarət alan qadını Zaqatala rayon mərkəzi xəstəxanasına apararkən qadın yolda keçinib.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

AzNews.az