Yaroş “Dostluq“ neft kəmərini partladacaq - ŞOK

16 Mart 2014 20:10 (UTC+04:00)
AzNews.az "Life News"ə istinadən xəbər verir ki, "Sağ cinah"ın lideri Dmitri Yaroş Rusiyanın təcavüzü davam edərsə "Dostluq" neft kəmərini partladacağı ilə hədələyib.

O, niyyəti barədə sosial şəbəkələrdə məlumat yayıb. Bundan başqa o, Rusiyanı "İmperiya arzuları"na görə də qınayıb.
"Moskva təcavüzkar rolunda çıxış edir" - deyə Yaroş bildirib və Kiyevə məsləhət görüb ki, hərbi hazırlığını görsün.
Martın əvvəllərində Basman məhkəməsi qiyabi olaraq Yaroşu terrorizmə çağırışa görə həbsə məhkum edib.
Rusiya isə İnterpol səviyyəsində Yaroşu beynəlxalq axtarışa verdiyini bəyan edib.

Bütün bunlar Yaroşun sosial şəbəkəklərdə Doku Umarovu Ukraynaya kömək etməyə çağırışından sonra baş verib. Çağırış Rusiyanın siyasi dairəsi də daxil olmaqla geniş rezonans doğurub.

Bunun müqabilində Çeçenistan prezidenti Ramzan Kadırov Yaroşa xatırladıb ki, o Umarovu elə yerə göndərib ki, oradan heç zaman qayıdış olmayıb.

Azər
AzNews.az