Ukrayna gerbi yerindən qoparıldı- FOTO

17 Mart 2014 10:14 (UTC+04:00)

Krım Muxtar Respublikasın Ali Radasının binasından Ukraynanın Dövlət Gerbi çıxarılıb.

AzNews.az-ın məlumatına görə, yarımadanın parlamentinin binasının əsas giriş qapısının üzərindəki Ukrayna gerbi yerindən qoparılıb. Krım Muxtar Respublikasının gerbi isə yerində saxlanılıb.

Xatırladaq ki, Kiyevdə "Maydan" hərəkatının qələbəsindən Rusiya Krıma hərbi birləşmələrini yerləşdirdi. Daha sonra isə Krımın separatçı rəhbərliyi muxtar respublikanın Rusiyaya birləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. Martın 16-da isə yarmadanın Ukraynadan çıxaraq, Rusiyaya birləşdirilməsini dəstəkləyən qondarma referendum keçirildi.

AzNews.az