İkiüzlü pişik- Video

27 Avqust 2012 16:57 (UTC+04:00)
İnternetdə izlənmə rekorları qıran pişik hər kəsin marağına səbəb olub. Venera adlı bu pişiyi digərlərindən fərqləndirən əsas cəhət pişiyin ikiüzlü olmasıdır.

Pişiyin sağ və sol gözlərinin rəngi fərqlidir. Əvvəl sahibi tərəfindən videosu internetə yüklənən pişik üçün indi "Facebook" sosial şəbəkəsində səhifə açılıb. Pişiyi fərqləndirən digər cəhət isə onun it yeməklərini xoşlamasıdır. 3 yaşlı pişik internet aləminin fenomeninə çevrilib.



Səadət Abbaslı
AzNews.az