Prezidentdən rusiyalı məmurlarla bağlı fərman

17 Mart 2014 20:42 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Rusiyanın yüksək vəzifəli məmurlarına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Anspress-in məlumatına görə, Ağ Ev-in sahibi Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən Federasiya Şurasının spikeri Valentina Matviyenko və baş nazirin müavini Dmitri Roqozinin adını qara siyahıya salıb.

Sanksiyalar Moskvanın Ukraynadakı böhran zamanı atdığı addımlara cavab olaraq tətbiq olunur. Həmin şəxslərin ABŞ-a girişi qadağan edilir, aktivləri və mülkiyyəti isə dondurulur.

Sanksiya siyahısında Leonid Slutski, Sergey Qlazyevin də adı var.

AzNews.az