Apple yeni formatlı dükanlar açacaq

17 Mart 2014 21:05 (UTC+04:00)
Tezliklə Apple yeni formatda mağaza təqdim edəcək. Şirkət Hindistanda bazar payının yüksəltmək məqsədi ilə ölkə ərazisində bir çox kiçik ticarət nöqtələri açmağı planlaşdırır. Bu mağazalar iPhone 4, iPad 2 və iPad mini modellərinin satışı üzrə ixtisaslaşacaq.

AzNews.az ICTnews-a istinadən bildirir ki, sözügedən mağaza formatının sahəsi 40-60 kvadrat metr təşkil edəcək.

Alma şirkətinin planına əsasən, ən azı 100 mağazanın açılışı nəzərdə tutulub. Artıq bu mağazaların yerləşəcəyi şəhərlər bəllidir. Hazırda onlar üçün heyət toplanılır. Tələbələrə üstünlük verilir.

Apple şirkətinin Hindistanda mağazası yoxdur. Lakin heç də zəngin olmayan ölkədə ənənəvi Apple Store mağazası açmaq əlverişli deyil. Buna görə şirkət yenə formata üstünlük verib.

Hindistan bazarı Apple üçün xüsusi önəm daşıyır. Yalnız 2013-cü ildə bu ölkədə smartfonların satış həcminin artım tempi 129 faiz olub.

AzNews.az