Terrorçu özünü partlatdı, 15 nəfər həlak oldu
18 Mart 2014 09:58 (UTC+04:00)
Əfqanıstanın Mayman şəhərində intiharçı terrorçunun özünü partlatması nəticəsində 15 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Bu barədə RİA Novosti "Reuters"-ə istinadən xəbər yayıb.
Yaraqlı özünü şimal əyalətinin inzibati mərkəzi olan şəhər bazarına girişin yaxınlığında partladıb.
Əyalətin qubernatoru Məhəmmədulla Pataş agentliyə bildirib: "Bu gün bazar günüdür və terrorçu özünü partladanda burada çoxlu adam olub". Onun sözlərinə görə, partlayışın konkret kimə qarşı törədildiyi hələ məlum deyil.
Bu arada BMT-nin Əfqanıstandakı missiyasının (MOONSA) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Əfqanıstanda 359 mülki şəxs həlak olub, 647 nəfər yaralanıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 19 faiz çoxdur.
Ötən bazar ertəsi BMT TŞ MOONSA-nın mandatını daha bir il uzadıb. Əfqan hökumətinin xahişi ilə missiya Əfqanıstanda 2014-cü il aprel beşinə nəzərdə tutulmuş prezident, 2015-ci il parlament seçkilərinin təşkilində yerli hakimiyyətə kömək edəcək.
AzNews.az