Ərdoğan İlham Əliyevlə görüşəcək

18 Mart 2014 11:13 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Krım Tatar Məclisinin sabiq rəhbəri və Ukrayna millət vəkili Mustafa Krımoğlu ilə görüşü zamanı açıqlama verib.

Davudoğlu qeyd edib ki, Türkiyə Krım məsələsinə görə, istər türk dünyası ilə istərsə də İslam dünyasının liderləri ilə görüşməyə hazırdır: "Baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək. Türkiyə, Qara dəniz bölgəsində, Balkanlarda, Qafqazda, bütövlükdə Avrasiyada sülhün qorunması üçün bütün tərəfləri düzgün qərar qəbul etməyə çağırır".(anspress)