Azərbaycan və erməni nazir Haaqada görüşəcək

18 Mart 2014 12:25 (UTC+04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Haaqada görüşəcəklər.

Bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Görüş martın 24-25-də Haaqada (Niderland) nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.

XİN rəhbri bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri apreldə regiona səfər edəcəklər.

E.Məmmədyarov bildirib: "Biz əbədi olaraq danışıqlar apara bilmərik, böyük sülh müqaviləsinin müzakirəsinə başlamaq lazımdır".

AzNews.az