Ruslar Ukrayna zabitini öldürdü

18 Mart 2014 20:44 (UTC+04:00)
Krım Muxtar Respublikasının paytaxtı Simferopolda Ukrayna hərbi bazaya atəş açılıb.

ANS PRESS-in məlumatına görə, Simferopolun Kubansko küçəsində yerləşən binaların birindən Ukrayna hərbi bazasına atəş açılıb. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanıb.

Atəşin kim və ya kimlər tərəfindən açıldığı hələlik məlum deyil. Lakin ehtimal olunur ki, atəş snayper vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, bu gün Rusiya ilə Krım Muxtar Respublikası arasında Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması barədə saziş imzalanıb.

Xatırladaq ki, Krım Muxtar Respublikasında bölgənin Rusiyaya birləşdirilməsi ilə bağlı martın 16-a referendum keçirilmişdi. Referenduma qatılanların 96,7%-i qərarın lehinə səs vermişdi.

AzNews.az