Con Kerri Bakıya gəlir

18 Mart 2014 21:36 (UTC+04:00)
ABŞ dövlət katibi Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər etmək niyyətindədir, lakin səfərin tarixi hələ müəyyənləşməyib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərin dövlət katibinin 2014-cü ilin yazında Cənubi Qafqaza səfər edib-etməyəcəyi barədə sualının cavabında deyib ki, o, ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransı zamanı cənab Kerri ilə görüşüb. "O, bu səfəri çox istəyir. Amma, səfərin nə vaxt reallaşdırılacağı ilə bağlı hələ dəqiq tariximiz yoxdur", - deyə səfir qeyd edib. (ANS)