Suraxanı rayonunda yanğın baş verib

18 Mart 2014 22:04 (UTC+04:00)
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə baş verib. Nəticədə, həyətyanı sahədə 100 kv.m sahədə qamışlıq, ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili və içərisinə yığılmış ev əşyaları yanıb. Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az