Rafiq Hüseynov: “Hərəkət edə bilirəm“

19 Mart 2014 09:47 (UTC+04:00)

Ağır xəstəlikdən əziyyət çəkən tanınmış televiziya diktoru, xalq artisti Rafiq Hüseynov müalicəsini xaricdə davam etdirəcək.

O, AzNews.az-a açıqlamasında deyib ki, müalicəsinin davam etdirilməsi məqsədilə martın 21-də yenidən Türkiyəyə gedəcək. Xalq artistinin sözlərinə görə, xəstəliyi ilə bağlı cərrahi əməliyyatın aparılmasından xeyli vaxt keçməsinə baxmayaraq, səhhətində problemlər qalmaqdadır: "Hərəkət edə bilirəm, hətta işə də gedirəm. Səhhətim hələ də qaydasında deyil. Problemlər qalmaqdadır".

R. Hüseynov səhhətindəki problemin normallaşacağına ümid etdiyini də söyləyib: "Bilmirəm bu nə vaxta kimi davam edəcək . Hər halda əsas can sağlığıdır. Yəni nəfəs ala bilirəmsə bunu Allaha borcluyam".

Qeyd edək ki, Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı bir dəfə Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az