Mikayıl Cabbarov əfqanıstanlı nazirlə görüşdü

19 Mart 2014 10:01 (UTC+04:00)
Martın 18-də Təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Ahmad Osmani ilə görüşüb.

Nazirliyin saytında verilən məlumata görə, görüş zamanı Azərbaycanla Əfqanıstan arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, hazırkı və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

AzNews.az