İran Ermənistana 2 milyon dollar ayırdı

19 Mart 2014 12:57 (UTC+04:00)

İran Ermənistanın Mehri və Aqarak rayonlarının qazlaşdırılmasına 2 milyon dollar ayıracaq. Lent.az-ın məlumatına görə, müvafiq qrant proqramı Ermənistan hökumətinin iclasında ratifikasiya olunub.

İki ölkə arasında müqavilə isə hələ 2011-ci ilin dekabrında imzalanıb.

Qeyd edək ki, Mehri və Aqarak İranla sərhəddə yerləşir.

AzNews.az