Biləsuvarda pambıq zavodu, Ağcabədidə ferma yandı

20 Mart 2014 08:37 (UTC+04:00)
Biləsuvarda pambıq zavodunda yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində pambıq zavodunun ərazisində 70 kv.m sahəyə yığılmış 55 ton pambıq kiplərinin 0.4 tonu yanıb. Pambıq kiplərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 75 kv.m sahədə və içərisinə yığılmış 8 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğın zamanı fermanın içərisində olan 1 baş iribuynuzlu heyvan tüstüdən bogularaq tələf olunub. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az