Sabah Xalq şairinin xatirəsi anılacaq

20 Mart 2014 09:30 (UTC+04:00)
Martın 21-də Fəxri xiyabanda görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 108-ci ildönümü münasibətilə ədibin xatirəsi anılacaq.

Şairin ev-muzeyindən verilən məlumata görə, anma tədbirində hər il olduğu kimi, ədəbi ictimaiyyətin nümayəndələri, şairin doğmaları və yaxınları iştirak edəcəklər.

Mərasimdə ədibin ölməz misraları səsləndiriləcək, haqqında söhbət açılacaq.(AzərTAc)