Azərbaycanlı modellə polis arasında insident

20 Mart 2014 17:00 (UTC+04:00)
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə polislər arasında insident olub.

Anspress xəbər verir ki, Günay Musayeva İstanbulun Nişantaşı rayonunda yerləşən Ses Barında gecə istirahət etdikdən sonra iki qadın rəfiqəsi ilə bərabər ərazidən uzaqlaşıblar.

Ancaq polisin yolda onların maşının saxlamaq istəməsi Günay Musayeva və rəfiqələrinin kefinə soğan doğrayıb. Polisin "saxla" əmrinə tabe olmayan Günay Musayeva və rəfiqələri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqib olunub. İki polis maşını Günay Musayevanın olduğu maşını, nəhayət, sıxışdıraraq, saxlaya bilib.

Polis məmurlarına jurnalistlərdən şikayət edən qadınlardan biri, avtomobildə aktyor, hazırda Dominikanda "Survivor" yarışmasında iştirak edən Tolqa Karelin arvadının olduğunu bildirib. "Jurnalistlər bizi çəkməsin deyə maşını saxlamadıq" deyən xanımların sonradan möhkəm sərxoş olduqları məlum olub.

Vəziyyəti səssizliklə izləyən Günay Musayeva isə sualları cavabsız qoyaraq, əllərilə üzünü tutub.

Polis avtomobili sərxoş qadınlardan alıb. Qadınlar və Günay Musayeva polis əməkdaşları tərəfindən evə ötürülüb.

Qeyd edək ki, bir müddət əvvəl Tolqa Karel xanımına gecə gəzintilərinə son qoymağı tapşırmışdı.

AzNews.az