“Kimyagər“dən “Səndən özgə“yə

21 Mart 2014 10:37 (UTC+04:00)
AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir. Layihənin budəfəki qonaqları Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Bakı Elektrik Şəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev , tanınmış müğənni Səyyad Əlizadədir.

"Kimyagər"…

Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevin bildirdiyinə görə, Paolo Koelyonun "Kimyagər"(Alximik) əsərini oxumağa dəyər: "Mən bu əsəri ikinci dəfədir ki, oxuyuram. Əsərdə əsasən yazıçının üslubu və təxəyyüyünün dərinliyi xoşuma gəlib".

"Kerri bacıları"…

Bakı Elektrik Şəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Teodor Drayzerin "Kerri bacıları" kitabını oxuyur: "Düzü, bu kitabı çoxdan oxumuşdum. Amma yenə də təkrarən "Kerri bacıları"nı oxudum. Kitabda həyat və sevgi hissləri aşılanır. Demək olar ki, kitabda bir insanın formalaşması ucun hə şey var".

"Səndən özgə"…

Müğənni Səyyad Əlizadə Vaqif Bəhmənli yaradıcılığına müraciət edib: "Hal-hazırda şair Vaqif Bəhmənlinin "Səndən özgə" şeirlər kitabını oxuyuram. Vaqif Bəhmənlinin özünəməxsus yaradıcılıq yolu var və bu mənim çox xoşuma gəlir".

Bahar Rüstəmli
AzNews.az