Rusiya NATO-nu Krım referendumunun nəticələrini tanımağa çağırıb

21 Mart 2014 22:25 (UTC+04:00)
"Rusiyanın Krım ətrafında qanini situasiya barədə NATO və Avropa Birliyinin razılığına ehtiyacı yoxdur və bun agörə də hər iki təşkilatı referendumun nəticələrini tanımağa dəvət edirik".
AzNews.az-ın xəbərinə görə bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.
O, NATO-nun baş katibinin Brüsseldəki beynəlxalq konfransında çıxışına cavab olaraq bildirib ki, beynəlxalq qrumlar krımlıların seçiminə hörmətlə yanaşmalıdırlar:
"Beynəlxalq hüquq normalarına əməl etdiyimizə görə bizə NATO və AB - nin razılığı lazım deyil. Amma hesab edirəm ki, NATO - demokratik klubdur və krımlıların demokratik seçimlərini onlar anlamalıdırlar".

Azər
AzNews.az