Tövlə yandı: iribuynuzlu heyvanlar tələf oldu

22 Mart 2014 08:30 (UTC+04:00)
Kürdəmirdə yanğın hadisəsi baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 kvadrat metr sahədə, damına yığılmış 3 ton ot bağlamasının 1 tonu və bitişik talvar 52 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı tövlədə olan 3 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub, tövlənin qalan hissəsi və tövləyə bitişik ev yanğından mühafizə olunub.

AzNews.az