“Euronews”da Azərbaycan haqqında reportaj

22 Mart 2014 09:10 (UTC+04:00)
"Euronews" Azərbaycanda keçirilən Novruz bayramı haqqında reportaj yayımlayıb.

Reportajda Milli parkda keçirilən bayram şənlikləri, müxtəlif rayonlara aid adət-ənənələrin, nemətlərin sərgiləndiyi bölmələr nümayiş edilib. Həmçinin qeyd olunub ki, Novruz- yeni gün deməkdir - Azərbaycan da daxil olmaqla qonşu ölkələrdə bu bayram festivalı keçirilir. Novruzda insanlar müxtəlif şirniyyatlar bişirir, süfrələr bəzəyir bayramı qeyd edirlər. Bu bayramda tonqallar qalanır, insanlar onların üstündən hoppanır. Reportajda Bakı haqqında danışan euronews-un müxbiri Galina Polonskaya vurğulayıb ki, bu bayramda hər kəs öz qohum-əqrabasının yanına gedir, bayramı onlarla bir keçirir.

Novruz bayramı haqqında hazırlanan reportajı buradan izləyə bilərsiniz.

Xəyalə
AzNews.az