Məşhur boksçunun uşaqlıq evi satışa çıxarıldı

28 Avqust 2012 11:11 (UTC+04:00)
Məşhur boksçu Məhəmməd Əlinin uşaqlığının keçdiyi ev satışa çıxarılıb. ABŞ-ın Kentucky əyalətində yerləşən evin hazırki sahibi Steve Stephenson evin qiymətinin 50 min dollar olduğunu bildirib.

Əmlak mütəxəssisləri isə evin qiymətinin 23 min dollar olduğunu açıqlayıb. Məhəmməd Əli boksa həmin evdə 12 yaşı olan vaxt başlayıb.

Xatırladaq ki məşhur boksu 1981-ci ildən rinqə çıxmır.

Səadət Abbaslı
AzNews.az