Kliçkodan Putinə çağırış: “Səhvləri təkrarlamaq lazım deyil“

24 Mart 2014 09:21 (UTC+04:00)
Ağır çəkidə peşəkar boks üzrə dünya çempionu, Ukraynanın "UDAR" Partiyasının lideri Vitali Kliçkonun kiçik qardaşı Vladimir Kliçko Krım hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

"Aktual.az" xəbər verir ki, Kliçko Putini tarixdəki səhvləri təkrarlamamağa çağırıb:

"Vladimir Vladimiroviç, tarixdəki səhvləri təkrarlamaq lazım deyil. Hesab edirəm ki, bunu etməyə dəyməz. Səhvlər isə kifayət qədər olub. Qənaətimə görə, hazırda Ukraynada baş verənlər Sovetlər Birliyi epoxasının tör-töküntüsüdü. Biz nəhayət anlamalıyıq ki, SSRİ-yə daxil olmuş respublikaların hər birinin öz taleyini müstəqil şəkildə müəyyənləşdirməyə haqqı var. Bu ölkələr artıq öz prioritetlərini də müyyənləşdiriblər".

Kliçko həmçinin Ukrayna və Rusiya əlaqələrinə də toxunub: "Əksəriyyət Ukrayna və Rusiyanı bir-birinə bənzədir. Deyirlər ki, Rusiya böyük, Ukrayna isə kiçik qardaşdı. Bu, bilirsiniz nəyə oxşayır? Mənimlə böyük qardaşım Vitaliyə. Lakin Vitali məndən böyük olsa da, qərarlarıma, mövqeyimə təsir edə bilməz. Hər kəsin öz seçim hüququ var. Kiməsə nəyisə məcbur etmək olmaz"



AzNews.az