Hava yağmursuz olacaq- Proqnoz

24 Mart 2014 11:52 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-6°, gündüz 11-16° isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanıın temperaturunun gecə 3-8, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2° qədər isti, gündüz 9-14° isti olacağı gözlənilir.

AzNews.az