Cəbhə xəttində erməni əsgəri öldürülüb
24 Mart 2014 18:47 (UTC+04:00)
Azərbaycan Ordusu ilə erməni işğalçı qüvvələrinin təmas xəttində erməni əsgəri öldürülüb.
Musavat.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
1992-ci il təvəllüdlü erməni hərbi qulluqçusu Qarnik Torosyan aldığı güllə yarasından dünyasını dəyişib.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.
AzNews.az