Sürücülərin nəzərinə: bağlanan yol açıldı

27 Mart 2014 08:42 (UTC+04:00)


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri yekunlaşıb. Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

AzNews.az