Nigar Köçərli istintaqa çağırıldı – Açıqlama

27 Mart 2014 10:59 (UTC+04:00)
"Məni Vergilər Nazirliyinin İstintaq İdarəsində çağırıblar. Bu barədə mənə rəsmi bildiriş də gəlib".

Bunu AzNews.az-a "Əli və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərili deyib. Onun sözlərinə görə, nazirliyə konkret nə üçün dəvət edildiyini bilmir: "Məni nə üçün çağırdıqlarını və ora nə vaxt gedəcəyimi dəqiq bilmirəm. Yəqin ki, onlar mənimlə əlaqə saxlayacaqlar. Mənə telefonda deyildi ki, ora getməliyəm. Səbəbini bildirmədən və kobud şəkildə, əmiranə halda məni çağırdılar. Düzünü deyim ki, mən bunu gözləmirdim. Dövlət məmuruna bu cür kobud rəftar yaraşmır. Zəng edən şəxsə dedim ki, bildirişsiz gəlməyəcəm. Onlar da mənə "bizim haqqımız var, sizi bildirişsiz də bura gətirəcəyik" - dedilər. Budur artıq bildiriş gəlib. Gedəcəm, görək nə olur".

Xatırladaq ki, Vergilər Nazirliyinin "Qanun" nəşrlər evindən sonra "Əli və Nino" kitab mağazaları şəbəkəsində də yoxlamalara başlamaq niyyətində olduğu bildirilir.

Bahar Rüstəmli
AzNews.az