Yadigar Məmmədli əməliyyat olundu

27 Mart 2014 11:32 (UTC+04:00)
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli beyin əməliyyatı keçirib.

AzNews.az xəbər verir ki, məlumatı aktual.az-a təsdiqləyən Yadigar Məmmədli deyib ki, əməliyyat həftənin əvvəlində gerçəkləşib. Y.Məmmədli hazirda özünü yaxşı hiss etdiyini bildirib: "Vəziyyətim normaldır, beynimdə kiçik narahatlığım var idi, həkimlər əməliyyat olunmağımı məsləhət bildi. Hazırda müalicə olunuram".

AzNews.az