Bakının əsas prospektində tıxac

27 Mart 2014 12:44 (UTC+04:00)
Bakının əsas prospektlərinin birində nəqliyyatın sıxlığı müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Bakıda Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində (şəhər istiqaməti) aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması yolda sıxlığın yaranmasına səbəb olub. Sürücülərə alternativ olaraq Heydər Əliyev və Alfred Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.

AzNews.az