Qarabağ döyüşçüsündən Prezidentə ŞİKAYƏT

27 Mart 2014 14:07 (UTC+04:00)
Ağstafa rayon Dağkəsəmən kənd sakini Oqtay Musa oğlu Əmirov ölkə prezidentinə müraciət edib.

AzNews.az-ın daxil olan müraciəti olduğu kimi təqdim edirik: "Cənab prezident İlham Əliyev, xahiş edirəm Ağtafa rayon Dağkəsəmən kəndində özünü Qarabağ döyüşçüsü kimi təqdim edən Muradov Alikin (Qazaxlı Alik) və ona kənd sakinlərinin torpaqlarının mənimsənilməsində köməklik göstərən dövlət orqanlarının özbaşжnalığına son qoyulmasına köməklik göstərəsiniz. Dağkəsəmən kəndində mənimlə birgə 4 ailənin torpağını mənimsəyir. Kimə şikayət ediriksə? heç şikayətimizə baxılmır.
2004-cü ildə mənə verilmiş həyətyanı torpaq sahəsinin həmkəndlim Muradov Alik Fuad oğlu tərəfindən zəbt olunması barədə 05.06.2013 cü il tarixində Ağstafa rayon məhkəməsinə iddia ərizəsi yazmışdım. Doqquz ay süründürməçilikdən sonra ekspertiza təyin olundu. Martın 13-də ekspertiza və Torpaq Xəritəçəkmə Komitəsindən gələn Etibar Əliyev və onunla gələn nümayəndələr şikayət elədiyim Alik Muradovun torpaq sahəsini ölçmədilər, onun sənədi ilə faktiki olan torpaq sahəsini tutuşdurmadılar. Heç olmasa qaralama kimi istifadə olunan qeydiyyatı belə götürmədilər.
9 ay mübahisə doğuran torpağın müqəddaratı 20 dəqiqə müddətində olan baxışla yekunlaşdı. Bu 9 ay ərzində torpağımın əlimdən alınmaması barədə şikayətinmin əvəzində Alik Muradov mənim sahibkarlıq fəaliyyəti göstərdiyim, ailəliklə işləyib çörəkpulu qazandığım qanuni sənədlə mənə məxsus olan yeməkxananı Ağstafa rayon məhkəməsinin hakimi Kamil Rzayevin çıxardığı qərəzli qərarla, heç bir araşdırma aparmadan 2013-cü il iyulun 11-dən həmin ilin sentyabrın 30-dək bağlatdırıb, 8 nəfərdən ibarət ailə üzvlərimizin çörəyini kəsdi.
Hörmətli Prezidentimiz sizin sahibkarlıq fəaliyyətinin heç kim tərəfindən müdaxilə olunmaması göstərişləri hakim Kamil Rzayev tərəfindən kobudcasına pozularaq fəaliyyət göstərdiyim yeməkxana 2 ay 20 gün müddətdə bağlı qaldı. Bu günə kimi də səbəbini başa düşə bilmirik. İndiyədək mən və digər torpağı zəbt olunmuş kənd sakinləri hansısa orqana şikayət etmişiksə süründürməçiliklə qarşılaşmıq. Mən başa düşə bilmirəm dövlətimizin qanuni sənədlə mənə məxsus olan torpağı niyə kimsə məndən qanunsuz yolla almalıdır. Torpağı mənə dövlətimiz verib, mən də dövlətə qaytara bilərəm. Nəinki hansısa özünü Qarabağ döyüşçüsü kimi təqdim edib Qarabağın adına yaraşmayan hərəkətlər edən birinə... Hörmətli Prezidentimiz Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm bu barədə araşdırılma aparılması üçün adiyatı orqanlara tapşırıq verəsiniz".


AzNews.az