Azərbaycan həbsxanasında görünməmiş vəhşilik

27 Mart 2014 14:48 (UTC+04:00)
"Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan şəkər xəstəsinə dərman verilmir".

Bunu AzNews.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri sədri Elçin Behbudov deyib. O bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında saxlanılan 1966-cı il təvəllüdlü Şahin İsmailov şəkər xəstəliyindən əziyyət çəkir, ona lazımi dərmanlar verilmədiyindən vəziyyəti ağırlaşıb: "Onun yaxınları tərəfindən bizim təşkilata müraciət olunub. Müraciətdə deyilir ki, Şahin İsmailov ağır şəkər xəstəsidir və dəfələrlə müraciət etmələrinə baxmayaraq, ona lazım olan dərman verilmir. Xəstə hamının gözü qarşısında ölümə doğru gedir".

E.Behbudov deyib ki, yaxın günlərdə problemin həlli üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcək.

Amid
AzNews.az