Qaz təchizatında məhdudiyyətlər olacaq

27 Mart 2014 16:30 (UTC+04:00)
Bakı və Gəncənin bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 28 mart 2014-cü il tarixdə saat 09:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 10:00-dan 18:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək isə Nərimanov rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az