Fərəc Quliyevdən Hafiz Hacıyevə cavab

28 Avqust 2012 14:30 (UTC+04:00)

Dünən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzNews.az-a açıqlamasında sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsindən danışıb. O, bildirib ki, Elçibəyin həkimi də onun zəhərlənməsi qənaətindədir: "Bildiyiniz kimi, Elçibəy ölümündən az öncə müayinə olunub və onun sağlam olduğu bildirilib.

Bəs, necə oldu, 20 gün müddətində həyatını itirdi. Deməli, bu müddət ərzində o, zəhərlənib. Elçibəy özü də mənə dedi ki, komsomol Əli məni zəhərləyib. Mən bu barədə Sülhəddin Əkbərlə həbsxanada olanda da söhbət etmişəm. Həmçinin, Fərəc Quliyev də baş verən hadisədən xəbərdadır".

AzNews.az olaraq, yazıda adı keçən millət vəkili Fərəc Quliyevlə əlaqə saxladıq. O, bildirdi ki, bu barədə baş verən bütün hadisələrdən xəbərsizdir: "Mən o zaman həbsxanada olmuşam. Necə xəbərim ola bilərdi? Mən, ümumiyyətlə, indiyə qədər Hafiz Hacıyevin prokurorluğa müraciəti ilə bağlı münasibət sərgiləməmişəm. Bu barədə danışmaq fikrim də yoxdur".

İlkin
AzNews.az