Rəqqasə Türkiyədə əməliyyat olundu

28 Mart 2014 11:20 (UTC+04:00)
Rəqqasə və müğənni Sevda Sanəliyeva bu günlərdə Türkiyədən qayıdıb.

Axşam.az-a sənətçi deyib ki, qardaş ölkəyə səhhəti ilə bağlı yollanıb. Belə ki, Sevda orada əməliyyat olunub:

"Yaradıcılıq işlərimi Türkiyədə etməyə çalışıram. Buna görə də tez-tez gedib-gəlirəm. Bu dəfə isə səhhətimlə bağlı yollanmışdım. Orada əməliyyat olundum. Bakıya yenicə qayıtmışam. Hazırda özümü yaxşı hiss edirəm. Həkimlər hər şeyin qaydasında olduğunu dedi. Xəstəliyimin nə olduğunu isə açıqlamaq istəmirəm".

AzNews.az