Zəlimxan Yaqubun səhhəti ilə bağlı yeni xəbər
28 Mart 2014 15:12 (UTC+04:00)
"Zəlimxan Yaqubun cərrahiyyə əməliyyatı təxirə salınıb".
Z.Yaqubun ailəsindən AzNews.az-a bildirilib ki, xalq şairi bir necə gün əvvəl müayinə olunması və müalicəsinin davam etdirməsi məqsədi ilə Almaniyaya gedib: "Zəlimxan Yaqub təkrar müayinədən keçib, müalicə olunması üçün əlavə dərman yazılıb."
Ailəsindən o da qeyd olunub ki, müayinə zamanı şairin səhhətində ciddi nasazılıq olmadığı müəyyən olunub. Z. Yaqub yaxın vaxtlarda vətənə dönəcək. Xatırladaq ki, Z.Yaqub bir müddət əvvəl AzNews.az-a açıqlamasında bildirmişdir ki, onun Almaniyada müalicəsinin nəticəsini öyrənmək üçün Almaniya getməsi vacibdir.
Bahar Rüstəmli
AzNews.az