Uşağın dişi helikopterlə çıxarıldı- Foto

28 Mart 2014 17:00 (UTC+04:00)
Dublinets Malkpolm Sven adlı ata "helikopterçi-stomatoloq" adı uğrunda mübarizə apara bilər.

Anspress-in məlumatına görə, o, 8 yaşlı oğlunun dişini helikopterin köməyi ilə çıxarıb. Ata bu prosesi apardığı zaman baş verənləri telefonunun kamerasına çəkib, daha sonra isə sosial şəbəkədə paylaşıb. Həmin kadrlar iki gün ərzində 75 min izləyici tərəfindən bəyənilib, nəticədə ata və oğlu asan yolla məşhur olublar.

Malkpolm övladının tərpənən dişinə sap bağlayıb, sapın bir ucunu isə kənardan idarə etdiyi oyuncaq helikopterə bağlayıb.

Ən maraqlısı isə odur ki, Adam adlı uşaq həkim yanına getməkdən imtina edib. Buna səbəb olaraq isə riskləri sevdiyini bildirib və atasının dişini helikopterlə çıxarmaq təklifi ilə razılaşıb. Oğlundan kənarda dayanan və helikopteri idarə edən ata pultda oyuncağl işə salan düyməni basıb və helikopter diş ilə bərabər göyə qalxıb.

AzNews.az