“28 May“ sentyabrın 15-nə tam hazır olacaq

28 Avqust 2012 15:31 (UTC+04:00)
Metronun "28 May" stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında yeni eskalatorların quraşdırılması tam sürətlə və təyin olunan cədvələ uyğun aparılır.

Bakı Metropolitenindən AzNews.az-a bildiriblər ki, yeni eskalatorlar tədris ilinin başlanğıcına, yəni 2012-ci il sentyabrın 15-nə qədər tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, stansiyanın giriş-çıxışı 11 iyun 2012 ci ildən etibarən təmirə bağlanıb.

Bahadur Eyuboğlu
AzNews.az