Gül qalmaqallı dinləməni həyata keçirənləri cəzalandıracaq

28 Mart 2014 19:22 (UTC+04:00)
Türkiyə prezidenti Abdulla Gül ölkənin hərbi planları barədə dinləmə həyata keçirənlərin və onu yayanların aydınlaşdırılacağını və kimliyindən asılı olmayaraq layiqli cəza alacaqlarını bildirib.

Musavat.com-un CNN Türk-ə istinadən verdiyi məlumatına görə, bu barədə ölkə başçısı bugünkü brifinqdə deyib.

"Ölkənin təhlükəsizliyinə cavabdeh olan ən önəmli və məsul şəxslərin görüşünə və müzakirələrinə qulaq asmaq – ciddi cinayət əməlidir. Eyni zamanda dövlət təhlükəsizliyi əleyhinə casus fəaliyyətindən savayı bir şey deyil", - deyə prezident qeyd edib.

AzNews.az