Azərbaycan və Ermənistan xarici işlər nazirləri aprelin əvvəlində Moskvada görüşəcəklər

28 Mart 2014 20:19 (UTC+04:00)
Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik martın 23-24-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyanla ayrı ayrılıqda görüş keçiriblər.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.

Həmsədrlər sərhəddə və təmas xəttində zorakılıq hallarından yayınmağa ehtiyac olduğunu bildirib və tərəfləri regionda gərginliyi artıra biləcək təhrikedici ritorikadan uzaq olmağa çağırıblar.

Xarici işlər nazirləri prezidentlərin yaxın gələcəkdə görüşlərini hazırlamaq məqsədilə aprelin əvvəlində Moskvada görüşməyə razılıq veriblər.

AzNews.az